Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” Lüksemburqa yollanacaq
Bütün Avropanın diqqəti Fransada keçirilən qitə çempionatının final mərhələsində olsa da, 39 ölkənin nəzərləri bu gün bir neçə saatlıq İsveçrəyə yönələcək. Sportfm.az saytının məlumatına görə, buna səbəb Avrokubokların 2016/17 mövsümünün ilk iki təsnifat mərhələsinin Nyonda keçiriləcək püşkatmasıdı.
UEFA reytinqində ilk "15-lik”dən kənarda olanların iştirak edəcəyi mərhələlərin püşkatması həmişəki kimi qitənin ən nüfuzlu klub turniri ilə başlayacaq. Çempionlar Liqasında mövsümün ilk püşkatması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu turnirdə 38 çempionun rəqibləri bəlli olacaq.
Qurumun mənzil qərargahındakı tədbir I təsnifat mərhələsinin püşkü ilə start götürəcək. UEFA reytinqinin 47-54-cü ölkələrinin çempionları 4 cüt təşkil edəcək. Püşköncəsi bu 8 komanda da iki səbətə bölünüb. Bu mərhələnin oyunları iyunun 28-29 və iyulun 5-6-da baş tutacaq.
Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Reytinqdə 16-46-cı olanların (Lixtenşteyn istisnadı) çempionları və I raundun 4-cütü hərəsində 17 komanda olmaqla 2 səbətə bölünəcək.
Ardıcıl 3-cü dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” da bu mərhələnin 17 səpələnmiş komandasında biri olacaq. Bu isə o deməkdi ki, Ağdam təmsilçisi digər səbətdəki 13 klub və 3 cütlüklə, yəni 19 komandadan biri ilə düşə bilər. Yalnız Ermənistan çempionunun yer alacağı cüt təmsilçimizə rəqib ola bilməz.
Püşkatmadan bir neçə saat əvvəl UEFA səbətlərdəki komandaları qruplara böləcək. Bununla da hər klubun mümkün rəqiblərinin siyahısı daralacaq.
"Qarabağ”ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinin oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), "Flora” (Estoniya), "Valletta” (Malta), "Santa Koloma” (Andorra)
Səpələnməmişlər: "Torshavn” (Farer adaları), "Linkoln” (Cəbəllütariq), "Alaskert” (Ermənistan), "Feronikeli” (Kosovo), "Tre Penne” (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər: "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Legiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan), "Kopenhagen” (Danimarka), "Qarabağ” (Azərbaycan), "Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyorfur” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif” (Moldova)
Səpələnməmişlər: "Olimpiya” (Sloveniya), "Ddüdelanj” (Lüksemburq), "Ferensvaroş” (Macarıstan), "Vardar” (Makedoniya), "Dandalk” (İrlanaiya), SJK (Finlandiya), , "Norçepinq” (İsveç), "Kruzaders” (Şimali İrlandiya), "Zrinski” (Bosniya və Herseqovina), "Mladost” (Monteneqro), "Jalgiris” (Litva), "Hapoel” (Beyer-Şeva, İsrail), "Liepaya” (Latviya), I təsnifat mərhələsinin 4 cütü
Artıq komandalar qruplara bölünüb. "Qarabağ”ın potensial rəqibləri "Düdelanj”, "Hapoel”, "Liepaya”, "Olimpiya” və "Vardar” olub. Bir az öncə, püşk nəticəsində Lüksemburq çempionu "Qarabağ"a rəqib oldu.
II təsnifat mərhələsi
Səpələnmişlər:
1-ci qrup
"Zalsburq” (Avstriya)
"Dinamo” (Zaqreb, Xorvatiya)
"Qarabağ” (Azərbaycan)
"Trençin” (Slovakiya)
"Şerif” (Moldova)
2-ci qrup
APOEL (Kipr)
"Legiya” (Polşa)
"Ludoqorets” (Bolqarıstan)
"Astana” (Qazaxıstan)
"Skenderbeu” (Albaniya)
"Dinamo” (Tiflis, Gürcüstan),
3-cü qrup
"Seltik” (Şotlandiya)
BATE (Belarus)
"Kopenhagen” (Danimarka)
"Rusenborq” (Norveç),
"Srvena Zvezda” (Serbiya)
"Hafnarfyorfur” (İslandiya)
Səpələnməmişlər:
1-ci qrup
"Olimpiya” (Sloveniya)
"Düdelanj” (Lüksemburq)
"Vardar” (Makedoniya)
"Hapoel” (Beyer-Şeva, İsrail)
"Liepaya” (Latviya)
2-ci qrup
"Ferensvaroş” (Macarıstan)
"Zrinski” (Bosniya və Herseqovina)
"Mladost” (Monteneqro)
"Jalgiris” (Litva)
2-ci cütün qalibi
4-cü cütün qalibi
3-cü qrup
"Dandalk” (İrlanaiya)
SJK (Finlandiya)
"Norçepinq” (İsveç)
"Kruzaders” (Şimali İrlandiya)
1-ci cütün qalibi
3-cü cütün qalibi
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bilindi
Çempionlar Liqasına Bakıda start veriləcək
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atıldı
"Qarabağ" yunanlarla qarşılaşa bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası