Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu matç mənim üçün həyəcanlı olacaq" -Emin Mahmudov
Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, təcrübəli oyunçu ilk növbədə görüş haqqında fikirlərini bölüşüb:
“Əslində, bu matç mənim üçün doğrudan da bir qədər həyəcanlı olacaq, çünki axırıncı oyunuma çıxıram. Amma həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bizim üçün yaxşı oyun göstərmək və qazanmaq çox vacibdir. Çalışacağam ki, sonuncu matçımda ən yaxşı çıxışımı sərgiləyim və yaddaşlarda yaxşı qalım.
Ən yadda qalan İrlandiya seçməsinin qapısına vurduğum qoldur, çünki o, möhtəşəm bir stadionda olmuşdu. Lüksemburqla matçda cərimə zərbəsindən vurduğum qolu da qeyd edərdim. Hər oyunda qol vurmaq şansım olur və bunun üçün həmişə çalışıram.
İndi əsas məqsədim millidən sonra “Neftçi” ilə çempion olmaqdır. İnşallah, bunun üçün vuruşacağıq”.

Oxşar xəbərlər
Emin Mahmudov millidən gedir
Lukaku "Fənərbaxça"ya keçdi - RƏSMİ
“Oyuna ciddi hazırlaşmışıq" - Emin Mahmudov
"Hər qarşılaşmaya qol vurmaq üçün çıxıram"
Kamran Ağayev: "Prosineçkinin yox, mənim problemimdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası