"Arda Turan millidən rədd olsun" - Məşhur türk şərhçi canlı yayımda özündən çıxdı - VİDEO
Türkiyə millisinin Dünya Çempionatının finalına vəsiqə yolunda İslandiya ilə qarşılaşmada 0:3 hesablı məğlubiyyəti matçı analiz edən keçmiş hakim, ekspert, şərhçi Erman Toroğlunu özündən çıxarıb.
Sportfm.az xəbər verir ki, oyundan sonra "A Spor" telekanalında Erman Toroğlu canlı yayımda matçı analiz edib.
Çox əsəbləşdiyi görünən Toroğlu TFF-nin prezidenti Yıldırım Demirören, Arda Turan ve Luçeskunu sərt şəkildə tənqid edib:
"Arda milli komandadakı 100-cü matçında stadionda vaxt keçirməklə məşğuldur. Təzahürat çox olmasın deyə stadionun kənarına yaxınlaşır ki, tez çıxıb, qaçsın. Çox tez rəqib qapıya gedim demir, amma aradan çıxmaq istəyir. Bütün bunların səbəbkarı Futbol Federasiyasıdır. Yıldırım Demirören, Arda Turan və Luçeskunu da götürüb, rədd olub getsinlər. Türk insanını ələ salmayın. Əxlaqsızlıq etməyin".
Erman Toroğlunun İslandiya məğlubiyyətindən sonrakı sözügedən çılğın şərhini aşağıdakı videoda təqdim edirik:
Oxşar xəbərlər
Arda Turan barədə həbs qərarı verildi - İspaniyada
Arda Turan karyerasını bitirdi
Arda Turan karyerasını bitirir - 35 yaşında
Arda Turandan canlı yayında şok etiraf
Arda 18 milyon avroluq təklifi RƏDD ETDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası