reklam
Arda Turandan canlı yayında şok etiraf
Sportfm.az xəbər saytı

Arda Turandan canlı yayında şok etiraf


Bir neçə müddətdir transfer qalmaqalı yaşayan Arda Turan canlı yayımda iştirak edib.

Sportfm.az xəbər verir ki, futbolçu "Barselona"da qalacağını bildirib.

Arda Turan deyib: "Türkiyədə "Qalatasaray"ın tərəfdarları mənim qayıtmağımı istəmir. Mən komandaya ziyan vurmaq istəmirəm. "Barselona"da qalacağam".

"Qalatasaray"ı evi adlandıran futbolçu deyib: "Bütün ölkədən performansımız üçün üzr istəyirəm. Mənim səhvim var, səhvlərimin cəzasını çəkirəm. "Barselona"da oynayan futbolçu olaraq Dünya Çempionatına gedə bilmirəm. Ölkəmiz bizə nə vaxt güvənəcək? Mən niyə indi canlı yayıma bağlandım? Susduqca bəzi şeyləri qəbul edirik sanırlar".

Türkiyənin sosial mətbuatından şikayət edən futbolçu tərəfdarların onu istəmədiyini bildirib: "Mən komandaya ziyan vurmaq istəmirəm. Burada qalacağam. Çalışıb heyətə də düşərəm. Heç kəs narahat olmasın".

Oxşar xəbərlər

Arda Turan karyerasını bitirdi
Arda Turan "Qalatasaray"a qayıdır
Arda Turan keçmiş nazirin təklifini geri çevirdi
Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan rəsmi açıqlama
Arda Turanı transfer etmək istəyən klubun adı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər