Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölümə səbəb olan futbolçuya ağır cəza
İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi “Andorra”nın qapıçısı Xesus Ovononu 12 oyunluq diskvalifikasiya edib.
Sportfm.az xəbər verir ki, qərar İntizam Məcəlləsinin 102-ci maddəsinə əsasən qəbul edilib. Həmin maddə oyun zamanı ağır nəticələrə səbəb olan kobud və təhlükəli oyuna görə 4-dən 12 oyuna qədər cəzanın tətbiqini nəzərdə tutur.
“Tenerife”nin 30 yaşlı hücumçusu Xesus de Migelin ölümü Komitə tərəfindən son dərəcə ağırlaşdırıcı hal kimi qiymətləndirilib. Bu, 52-ci maddəyə əsasən əlavə cərimələrlə yanaşı, mümkün olan ən ağır cəzanın tətbiqinə əsas verib.
Faciə noyabrın 2-də, İspaniya Sequnda Divizionunun (La Liqa 2) 12-ci turu çərçivəsində “Heliodoro Rodriqes Lopes” stadionunda baş verib.
Ovono cərimə meydançasını tərk edib və meydan sahiblərinin topu mərkəz dairəsinə doğru uzaqlaşdırmasından sonra boş qapıya doğru irəliləməyə hazırlaşan Xesus de Migelin qarşısını almaq üçün yüksək sürətlə onun üzərinə atılıb. Havada olarkən qapıçı hücumçu ilə toqquşub və dizi ilə onun sinəsinə zərbə endirib. Hakim dərhal qapıçıya birbaşa qırmızı vərəqə göstərib, De Migel isə elə meydançadaca huşunu itirib. Oyun hesab 2:2 olarkən dayandırılıb. Bu heç-heçə sonradan rəsmi olaraq yekun nəticə kimi təsdiqlənib.
Qeyd edək ki, zədələnən futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, ürək dayanması səbəbindən noyabrın 3-ü səhər saatlarında Santa Kruz de Tenerife xəstəxanasında vəfat edib.

Oxşar xəbərlər
30 yaşlı oyunçu dünyasını dəyişdi
Oyuna Təcili Tibbi Yardım maşını gəlmədi, klubu cərimələdilər - QƏRAR
AFFA iki futbolçuya ağır cəza verdi
1-ci liqa klubuna ağır cəza
Hakimləri təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası