reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"dan qələbə -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə "Şamaxı" "Şəfa"nı qəbul edib.

Qonaqlar 2 qolla hesabda irəli çıxsalar da, "Şamaxı" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. "Şamaxı" ardıcıl 7 oyundur ki, uduzmur. "Şəfa" isə ardıcıl 6-cı məğlubiyyətini alıb.

Digər oyunda "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olub. Bu matçda isə "Sumqayıt" 0:1 hesabı ilə geri düşsə də, sonda qalib gəlib - 2:1.

Qeyd edək ki, turun mərkəzi matçı olan "Qarabağ" - "Neftçi" görüşü sabah oynanılacaq.

16 oktyabr (cümə)

Misli Premyer Liqası, 8-ci tur

19:00.“Sumqayıt” – “Araz-Naxçıvan” - 2:1

Qollar: Alberto Fernandes, 32 (0:1), Ronaldo Vaskez, 62 (1:1), Nihad Əhmədzadə, 82 (2:1)

Qırmızı vərəqə: Ağadadaş Salyanskiy, 85 ("Araz-Naxçıvan")
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
SOCAR Polymer Arena

Oxşar xəbərlər

"Şamaxı" geridönüş etdi - Premyer Liqa
"Şamaxı" "Şəfa"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
“Sumqayıt”dan ilk qələbə, "Zirə"dən bərabərlik - Premyer Liqa
"Turan Tovuz" "Şamaxı"ya, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
“Şamaxı” “Kəpəz”a, "Zirə" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər