Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Sotomayor finalda
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Bütün görüş boyu rəqibindən üstün olan təmsilçimiz yekunda inamlı qələbəyə sevinib. O, erməni idmançını 3:0 (30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb. Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.
Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.
Oxşar xəbərlər
Rio-2016: Sotomayor qızıl medalı əldən verdi
Rio-2016: Kamran Şahsuvarlı bürünc medal qazandı
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası