Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Peşəkar Futbolda Yüksək Sürətli Qaçış (HSR) Məşqləri və Performansın Maksimallaşdırılması -YAZI
Müasir futbol daim inkişaf edir və bu idman növü getdikcə daha tələbkar olur. Elit səviyyəyə yüksəlmək üçün futbolçulardan fiziki hazırlıq, yüksək texniki bacarıq və taktiki anlayış tələb olunur.
Son 20 ildə futbolçuların ümumi qət etdiyi məsafə əhəmiyyətli dərəcədə dəyişməsə də, oyunun sürəti və sprint qabiliyyəti iki dəfə artmışdır.
Elit səviyyədə bir futbolçunun oyun zamanı qət etdiyi məsafə, oynadığı mövqe və dəqiqələrə əsasən, adətən 9–13 km arasında dəyişir.
Oyunların intensivliyi kişilər və qadınlar futbolunda xüsusilə artıb. Bu artım əsasən yüksək sürətlə qaçışların (HSR – 19.8 km/saat ilə 25.1 km/saat arasında olan sürət zonası) çoxalması ilə bağlıdır. Bu qaçışlar oyundakı ümumi məsafənin 10–13%-ni (təxminən 800–900 m) təşkil edir.
Əgər nəzərə alsaq ki, qolların əksəriyyəti oyunun ilk və ikinci hissəsinin son 10–15 dəqiqəsində vurulur – yəni yorğunluğun pik vaxtlarında – deməli biz futbolçuların bu yorğunluq mərhələsinə qarşı hazırlığını təmin edən məşq məzmununu düşünməli və tətbiq etməliyik. Bu isə daha çox mövqeyə uyğun HSR məşqlərinin daxil edilməsini tələb edə bilər.
HSR-in məşqə inteqrasiyasından əvvəl…
Texniki məşqçilər, fiziki hazırlıq mütəxəssisləri, reabilitasiya məşqçiləri və ya fizioterapevtlər HSR-in məşqə tətbiqinə başlamazdan əvvəl bu yüklənmənin həftəlik mikrosikl daxilindəki dəyərini təhlil etməlidirlər.
Sürət həddi nöqteyi-nəzərindən bu xarici yüklənmə parametri GPS cihazlarındakı akselerometrlər vasitəsilə ölçülür.
Elit səviyyəli məşqçilər məşqlərdə GPS istifadəsi zamanı akselerasiyalar, deakselerasiyalar, sürət zonaları, ümumi məsafə və yüksək metabolik yüklənməni (HMLD) analiz edir və bu dəyərlər əsasında oyunçuların oyun tələblərinə uyğun fiziki qabiliyyətlərini inkişaf etdirirlər.
Bu parametrlər əsasında hər bir oyunçu və mövqe üçün profillər hazırlanır. Bu profillər həm oyun tələbini qarşılayır, həm də zədələrin qarşısını almağa və atletik performansı artırmağa xidmət edir.
Məşqçi kimi, biz bilirik ki, məşq və oyun zamanı yaranan dəyərlər baş məşqçinin oyun sisteminə və taktikasına bağlı olaraq dəyişir (məsələn: müdafiə, hücum, keçid fazaları, presinq və s.).
HSR məşqləri nə vaxt və necə tətbiq olunmalıdır?
Futbolçuların inkişafı və reabilitasiyası üçün əsas prinsip – yüklənmə və bərpanın balanslı idarə olunmasıdır. Müsabiqə mikrosiklində bu balansı düzgün qurmaq vacibdir.
MD+1/+2: Oyundan sonrakı bərpa mərhələsidir.
MD+3/-4: Güc məşqi günü – kiçik sahəli oyunlar (SSG), sürətli istiqamət dəyişikləri və akselerasiyalar.
MD+4/-3: Sürət davamlılığı günü – geniş sahəli oyunlar (LSG).
MD+5/-2: Sürət mövzusuna əsaslanan məşqlər – orta sahəli oyunlar (MSG).
MD+6/-1: Oyun öncəsi aktivləşmə məşqi.
MD: Oyun günü.
Ən uyğun gün HSR yüklənməsinin verilməsi üçün MD+4/-3 hesab olunur. Bu gündə oyunçuların fiziki baxımdan oyun səviyyəsində yüklənməsi mümkündür.
Eyni zamanda bu gün oyun oynamayan futbolçular üçün HSR və sprint əsaslı məşqlər verilməklə bərpaedici və əvəzedici məşq təşkil oluna bilər.
Tipik Mikrosikl (nümunə)
Gün Fəaliyyət Məzmun
Bazar ertəsi – Bərpa
Çərşənbə axşamı 45–50 dəq MSG, aşağı intensiv qaçış
Çərşənbə 75–80 dəq SSG, akselerasiya, dəyişən istiqamətlər
Cümə axşamı 85–90 dəq LSG, yüksək sürətli qaçış
Cümə 65–70 dəq MSG, qısa akselerasiyalar
Şənbə 45–60 dəq SSG, reaksiya sprintləri
Bazar 90 dəq OYUN
Mövqeyə görə fiziki tələblər (elit səviyyə üzrə)
Mövqe Ümumi məsafə (m) Yüksək sürətli qaçış (m) Sprint məsafəsi (m) Hərəkətlər
Mərkəz müdafiəçisi 8,957 589 145 Düz xətt sprintləri, tullanma
Kənar müdafiəçi 10,251 1,123 305 Uzun məsafəli sprintlər
Mərkəz yarımmüdafiəçi 11,475 898 128 Çoxsaylı istiqamət dəyişmələri
Kənar yarımmüdafiəçi 11,562 1,195 345 Əyri sprintlər
Hücumçu 10,309 1,029 298 Diaqonal və əyri sprintlər
Məşq Dizaynı: HSR məşqinin tətbiq üsulları
MD-3 günündə HSR əsaslı məşqlərin 3 əsas üsulu:
1. Geniş sahəli oyunlar (LSG) – 30–40 metrlik sahədə sprint üçün kifayət qədər yer.
2. Mövqeyə uyğun məşq xaricində qaçışlar – Hər oyunçu üçün fərdi tələblərə uyğun (HIIT şəklində).
3. Texniki-taktiki drill-lərlə kombinə edilmiş qaçışlar – oyun içi və xaricində tətbiq edilə bilər.
Natiq Məmmədov

Oxşar xəbərlər
Natiq Məmmədov yazır - Mövsümdənkənar Futbol Məşq Proqramları
Futbolçuların uzunmüddətli atletik inkişafı: Güc və funksional hazırlıga baxış
Futbolda Məşq Yükünün İdarə Edilməsi
Güc və Funksional hazırlıqın Təkmilləşdirilməsi Strategiyaları
Futbolun dövrləşdirilməsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası