Olimpiya Stadionundan bir ilk
Bakı Olimpiya Stadionu "Qarabağ" - "Roma" görüşünün keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.
Bu barədə Sportfm.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.
C.Mehdiyevanın sözlərinə görə, stadion ilk dəfə olaraq hibrid ot örtüyü ilə təchiz olunub: "UEFA nümayəndələri stadionda olub və oyunun keçirilməsi üçün tam hazır olması ilə bağlı qərar verib. Azərbaycanda ilk dəfə olaraq bizim stadion hibrid ot örtüyü ilə təchiz edilib".
Stadion rəsmisi bu günə qədər 40 min bilet satışı həyata keçirildiyini açıqlayıb: "Oyuna bir həftədən çox qaldığını nəzərə alsaq, əminəm ki, bütün biletlər tam satılacaq. Ümumilikdə stadion 68 700 tamaşaçı tutur. Səbirsizliklə "Qarabağ" klubunun çıxışını gözləyirik. İnanırıq ki, yerli stadionda oynamaq onlara uğur gətirəcək".
C.Mehdiyeva qeyd edib ki, matçı stadionda izləyəcək hər bir tamaşaçının, eləcə də, futbolçuların təhlükəsizliyi tam təmin ediləcək: "Hazırda müvafiq dövlət strukturları ilə danışıqlar gedir. Necə ki, milli komandamızın oyunları, eyni şəkildə də bu matçda təhlükəsizlik məsələləri yüksək səviyyədə yerinə yetiriləcək".
Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Stadionumuz Avropa Liqasının oyunlarını keçirməyə hazırdır" - BOS-un direktoru
Bakı Olimpiya stadionu tam dolmayacaq! - Açıqlama
Olimpiya stadionunda nə qədər toy olub? - Açıqlama
“Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq
"Qarabağ"ın oyunlarına görə toy mərasimlərini keçirməkdən imtina etdilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası