“Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq
Çempionlar Liqasının "Qarabağ” - "Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Sportfm.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, Dövlət Yol Polisi İdarəsi sürücülər və nəqliyyat vasitələri sahiblərinə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, sentyabrın 27-də keçiriləcək "Qarabağ”-"Roma” oyununu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi avtobuslar pulsuz xidmət göstərəcək.
Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur .
Oxşar xəbərlər
“Qarabağ” – “Qalatasaray” matçına marşrutlar təşkil olunacaq
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
Türkiyənin oyununa görə hansı yollar bağlanır? - MƏLUMAT
"Azarkeşlər polis əməkdaşları tərəfindən yalnış yönləndirilib" - Açıqlama
"Qarabağ" - "Roma" oyununa 3 min polis cəlb edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası