reklam
Olimpiya stadionunda nə qədər toy olub? -
Sportfm.az xəbər saytı

Olimpiya stadionunda nə qədər toy olub? -Açıqlama


Adətən, böyük çempionatların keçirildiyi Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. 

"Stadionda toy” ifadəsi nə qədər maraqlı səslənsə də, xeyli tənqid obyektinə çevrilmişdi.

Sportfm.az xəbər verir ki, oxu.az-ın əməkdaşı 2016-cı ildə verilən həmin elandan sonra BOS-da nə qədər toy mərasiminin keçirildiyi ilə maraqlanıb. 

Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy mərasimi təşkil edən olmayıb: "Toy mərasimləri təşkil edilməyib, yalnız korporativ tədbirlər keçirilib”. 

C.Mehdiyeva BOS-un özünü hansı pulla təmin etməsi ilə bağlı suala belə cavab verib: "BOS-un bir neçə gəlir mənbəyi var. Bu, reklam xidmətləridi, BOS-un biznes strukturları var, icarədarları var, bəzi tədbirlər keçirilir. Ancaq bunu kommersiya sirri olduğu üçün tam açıqlaya bilmərik”. 

BOS-un 2016-cı ildə yaydığı məlumatda mart ayının 19-da burada ilk toy mərasimin təşkil olunacağı bildirilmişdi.

Oxşar xəbərlər

DİN Avro-2020 ilə bağlı məlumat yaydı
"Millimizin matçında Olimpiya Stadionunda yenilik olacaq" - Cəmilə Mehdiyeva
İspaniyalılar Bakı Olimpiya stadionundan yazdı
Olimpiya Stadionundan bir ilk
"Qarabağ"ın oyunlarına görə toy mərasimlərini keçirməkdən imtina etdilər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər