• 17:18 Çərşənbə
    10 Avqust 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Stadionumuz Avropa Liqasının oyunlarını keçirməyə hazırdır" - BOS-un direktoru

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Hazırda "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarından ən azı birinin Bakı Olimpiya Stadionunda keçirilməsi mümkündürmü?

- Bu, bizim verəcəyimiz qərar deyil. İnfrastruktur baxımından BOS-da hər şey hazırdır. Ot örtüyü də tam hazır vəziyyətdədir. Qonaqları qəbul etmək baxımından da hər şey hazırdır. Harada oynamaq isə klubun öz qərarıdır. Biz bildiririk ki, stadion tam olaraq bu oyunları keçirmək üçün hazırdır. Amma belə başa düşürəm ki, oyunların Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi qərara alınıb.

- Azərbaycan milli komandasının Xorvatiya ilə oyunu "Bakcell Arena"ya salınıb. Bu görüşün BOS-da keçirilməməsinin səbəbi nədir?

- BOS-da bəzi işlər gedirdi və artıq tamamlanıb. AFFA əvvəlcədən UEFA-ya məlumat verib ki, görüş hansı stadionda olsun.

- Yığmanın Uelslə oyununu BOS-da keçirmək ehtimalı var?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Həm yığma, həm də "Qarabağ"ın oyunu ilə bağlı qərarı biz yox, ya AFFA, ya da klub verir. İnfrastruktur baxımından hazırıq. Sadəcə, bizə müraciət gəlir ki, oyunları sizin stadionda keçirməyi planlaşdırırıq. Onun əsasında hazırlıq işlərini görürük.

- BOS istənilən oyunu qəbul etməyə tam hazırdır?

- Bəli. Avropa Liqasının finalından sonra stadionun ot örtüyü tam olaraq dəyişdirilib. Yenilənmə prosesi də artıq başa çatıb. Stadion üçün ən vacib olan ot örtüyüdür. O isə bizdə tam olaraq hazırdır.

- AVRO-2020-nin 4 oyunu Bakıda olacaq. Hazırlıq işləri necə gedir?

- Hazırlıq işlərinə başlanılıb. Bildiyiniz kimi stadionun önündə ofis yerləşir və işçilər orada çalışır. UEFA tərəfindən artıq bir səfər gerçəkləşib, görüşlər olub. Stadionda qlobal dəyişiklik olmayıb. Sadəcə, bəzi yerlərdə təkmilləşmə işləri aparılacaq. Əsas işlər, demək olar ki, görülüb.

- BOS-un ehtiyat meydanında bəzi məşqlər və oyunlar keçirilir. Oranı gələcəkdə ən azı I Divizionun oyunlarını keçirmək üçün hazır vəziyyətə gətirmək olarmı?

- Həmin meydanın tribunası da var. Orada komandalar bəzi hazırlıq oyunları keçirir. Rəsmi görüşlər isə müraciətdən asılıdır. Bizə bu meydan üçün Küveyt Federasiyasından müraciətlər daxil olur və onlar burada yoxlama oyunları keçirirlər. Azərkeşlər üçün 200 nəfərlik tribuna mövcuddur. Rəsmi görüşlər üçün də stadion hazırdır. (report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

4-09-2019
459
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-09-2020
"Tofiq Bəhramov" stadionu oyunlara hazırdı - FOTO
25-05-2020
Daha bir ölkə zəmanət verdi -
Daha bir ölkə zəmanət verdi - AVRO-2020 ilə bağlı
14-04-2020
Bakı Romanı əvəz etməyə hazırdır
Bakı Romanı əvəz etməyə hazırdır
27-05-2019
Bakı Olimpiya stadionu tam dolmayacaq! -
Bakı Olimpiya stadionu tam dolmayacaq! - Açıqlama
27-05-2019
BOK-un tamaşaçı tutumu azaldıldı
BOK-un tamaşaçı tutumu azaldıldı
14-09-2018
Elxan Məmmədov:
Elxan Məmmədov: "UEFA bildirdi ki, inkişaf sürəti zəif gedir"
11-09-2018
"Qarabağ"ın Bakı Olimpiya Stadionunda oynamasını AFFA istəyib!
8-09-2018
Elxan Məmmədov:
Elxan Məmmədov: "Əsas UEFA nümayəndəsinin rəyidir"
30-08-2018
"Bakcell Arena"da təmir işləri bitdi - FOTO
6-08-2018
Azərbaycan çempionatının matçları BOK-da
Azərbaycan çempionatının matçları BOK-da
9-07-2018
"Avroliqanın 5 qat qalibinə qarşı oynamaq motivasiya olacaq" - Kamran Quliyev
18-09-2017
Olimpiya Stadionundan bir ilk
Olimpiya Stadionundan bir ilk
30-08-2017
"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
25-08-2017
UEFA
UEFA "Qarabağ"ın oynayacağı stadionları açıqladı
19-08-2017
Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib
Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib
  Xəbər lenti
Leyla Əliyeva güləşçilərimizi izlədi - İslamiada 10.08.2022, 16:41
Hacı Əliyev finala yüksəldi - İslamiada 10.08.2022, 16:39
Mundial vaxtından əvvəl başlayacaq - DÇ-2022 10.08.2022, 15:08
Stadnik 33 saniyəyə qələbə qazandı - İslamiada 10.08.2022, 14:20
Mahirin komandası pley-offa 4 qolla yüksəldi - VİDEO 10.08.2022, 13:33
"Qarabağ"ın "Viktoriya" ilə oyunlarının vaxtı məlum oldu 10.08.2022, 12:36
Azərbaycanda "Yay transfer pəncərəsi" açıldı 10.08.2022, 12:30
“Neftçi” Avstriyaya yollandı - Konfrans Liqası 10.08.2022, 11:29
Superkubokunun qalibi müəyyənləşir - UEFA 10.08.2022, 11:06
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Sabah  1 3
2 Qarabağ 1 3
3 Qəbələ 1 3
4 Zirə 1 3
5 Neftçi  1 3
6 Kəpəz 1 0
7 Şamaxı 1 0
8 Səbail 1 0
9 Turan  1 0
10 Sumqayıt  1 0
Ətraflı
15-07-2022
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi -
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi - Nəticələr
10-07-2022
"İnkişaf" dedikləri budur? Azərbaycanda 3 komanda dağılır... FACİƏ
13-07-2022
Gənc futbolçularla tədris-məşq prosessinin təlim metodları və metodoloji xüsusiyyətləri
Gənc futbolçularla tədris-məşq prosessinin təlim metodları və metodoloji xüsusiyyətləri
23-07-2022
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu -
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu - FOTOLAR
26-07-2022
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur -
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur - FOTOLAR
30-07-2022
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
29-07-2022
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? -
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? - DOSYE
17-07-2022
Siyəzəndə
Siyəzəndə "Şollar" qalib gəldi - FOTOLAR
23-07-2022
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı -
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı - Keçid
24-07-2022
"Sürix"lə oyunda Şahruddin penalti zamanı bu uşağı dinləmədi? - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb