Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatı və festivalının detalları məlum oldu
Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Azərbaycan millisi AF qrupunda yer alıb. Yığma komanda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.
Ümumilikdə, turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Turnirin ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.
Turnirdə komandalar 8×8 formatında qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.
Yarış çərçivəsində ümumilikdə 943 oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.
FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçirilir. Turnirdə 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.

Oxşar xəbərlər
Azərbaycan millisinin rəqibləri bəlli oldu - Dünya çempionatı
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi
Cüdoçularımız dünya çempionatında mübarizə aparacaq
Azərbaycan paraatletləri dünya çempionatında mübarizə aparacaq
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası