reklam
Sergen Yalçın üçün imza mərasimi keçirildi
Sportfm.az xəbər saytı

Sergen Yalçın üçün imza mərasimi keçirildi


Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçın üçün imza mərasimi təyin olunub.

Sportfm.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb.

Mərasimdə iştirak edən Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacosmanoğlu “Bu gün 5 illik fasilədən sonra Türkiyə millisinin türk mütəxəssisə tapşırılmasının sevincini yaşayırıq” deyib.

Sergen Yalçın isə çıxışında “xalqın baş məşqçisiyəm” deyə qeyd edib: “Bu, futboldur. İşlər bəzən yaxşı, bəzən də pis gedə bilər. Komanda ruhu ön planda olacaq. Mən artıq xalqın məşqçisiyəm. Hər kəsə bu yolda ehtiyacımız var. Xalqımız milli komanda ilə nəfəs alacaq. Zamanımız azdır. Qarşıda Avropa və dünya çempionatları var. Zamanımız ancaq buna yetir. Hamımızın birlikdə o həyəcanı yaradacağımızı düşünürəm”.

Oxşar xəbərlər

Sergen "Beşiktaş"dan ayrıldı
Sərgən Yalçın əməliyyat olundu
Sergen Yalçın "Beşiktaş"da - RƏSMİ
Hər gedişin bir dönüşü var - Sergen Yalçın
Sergen Yalçın "Beşiktaş" rəhbərliyinə qarşı gəldi - Müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər