reklam
Dördqat dünya çempionumuz karyerasını başa vurdu
Sportfm.az xəbər saytı

Dördqat dünya çempionumuz karyerasını başa vurdu


Azərbaycanın çimərlik güləşi üzrə dördqat dünya çempionu İbrahim Yusubov (90 kq) karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, idmançı bu barədə Bakıdakı qarşılanma mərasimində jurnalistlərə açıqlama verib.

O, Misirin İsgəndəriyyə şəhərində təşkil edilən Dünya Seriyasının final mərhələsinin karyerasında sonuncu yarış olduğunu söyləyib:

"Dördüncü dəfə dünya çempionu oldum. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Biz də çox yaxşı hazırlaşmışdıq. Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək istəyirdik. Buna da nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçilərimizə təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.

Oxşar xəbərlər

Güləşçilərimiz Dünya Seriyasının qalibi oldu
Stadnik karyerasını başa vurdu - AÇIQLAMA
İki güləşçimiz dünya çempionu oldu
Güləşçilərimizdən 1 qızıl, 1 bürünc medal - Dünya çempionatı
İki güləşçimiz dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər