reklam
Azərbaycan millisi final mərhələsində yarışacaq -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi final mərhələsində yarışacaq -Dünya Seriyası


Azərbaycanın çimərlik güləşi üzrə milli komandası sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda yarışacaqlar.

Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.

Yarışda ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.

Oxşar xəbərlər

U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
Güləşçilərimiz Xorvatiyada 2 medal qazandı
Dördqat dünya çempionumuz karyerasını başa vurdu
Güləşçilərimiz Dünya Seriyasının qalibi oldu
Oyan 3 idmançımızı apardı - Dünya Seriyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər