reklam
Güləşçimiz bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Güləşçimiz bürünc medal qazandı


Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

Oxşar xəbərlər

Güləşçilərimizdən daha 2 medal - Avropa çempionatı
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı - Uğur
Üç güləşçimiz üçüncü oldu - Avropa çempionatı
Güləşçilərimiz üçün bürünc medal şansı - Dünya çempionatı
Ali dünya üçüncüsü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər