Tovuzda futbol layihəsi həyata keçirilib - FOTO
Sentyabrın 10-da Tovuz rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Tovuz rayonundan seçilmiş deputat Qənirə Paşayeva, İcra Hakimiyyəti başçısı Tofiq Zeynalov, rayon Gənclər və İdman İdarəsinin müdiri Sahib Ələsgərov, Qovlar şəhər bələdiyyəsinin sədri Binnət Hüseynov, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Çıxış edən natiqlər “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının tarixi əhəmiyyətini qeyd edib, təmsilçimizə mötəbər yarışda uğurlar arzulayıblar. Daha sonra qeyd olunub ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Oxşar xəbərlər
“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO
Yevlaxda AƏFM layihəsi həyata keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası