Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yevlaxda AƏFM layihəsi həyata keçirildi
“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Yevlax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax rayonunda keçirilib.

Sportfm.az saytı xəbər verir ki, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq - Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Yevlax rayonundan seçilmiş millət vəkili İlham Məmmədov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Sonda natiqlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbriklərini çatdırıblar, uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
Oxşar xəbərlər
“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
AƏFM layihəsi Sabirabadda - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO
Tovuzda futbol layihəsi həyata keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası