reklam
Messi daha bir rekordu təkrarladı -
Sportfm.az xəbər saytı

Messi daha bir rekordu təkrarladı -DÇ-2026


Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da daha bir tarixi uğura imza atıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

38 yaşlı hücumçu Əlcəzairə 3:0 hesabı ilə qalib gəldikləri matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Xatırladaq ki, Messi bu qarşılaşmada həm də dünya çempionatlarında ümumi qol sayını 16-ya çatdıraraq almaniyalı Miroslav Klozenin rekorduna şərik çıxıb. Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, altı fərqli dünya çempionatında meydana çıxan ilk futbolçu və turnir tarixində het-trik edən ən yaşlı oyunçu olub.

Oxşar xəbərlər

Messi yeni rekorda imza atdı
38 yaşlı Messi bombardirlər sırasında
Messi 83 illik rekordu təkrarladı
Messi yeni rekorda imza atdı
Messi Maradonaya da çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər