Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi yeni rekorda imza atdı
“İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti dəfə tarix yazıb.
Sportfm.az xəbər verir ki, argentinalı futbolçu cərimə zərbəsindən vurduğu qol sayını 71-ə çatdıraraq karyerasında mühüm göstəriciyə imza atıb.
Beləliklə, Messi bu göstəricidə əfsanəvi Peleni geridə qoyub. Buna qədər hər iki futbolçunun hesabında cərimə zərbələrindən 70 qol var idi, ancaq son qol sayəsində Messi irəli çıxmağı bacarıb.
37 yaşlı futbolçu hazırda cərimə zərbələrindən ən çox qol vuran oyunçular siyahısında yalnız üç braziliyalıdan geri qalır.
Bununla belə, Messi üçün Pele ilə müqayisədə əlçatmaz görünən bir rekord da var. Söhbət dünya çempionatlarından gedir. Pele karyerası ərzində üç dəfə dünya çempionu olub, Messi isə bu göstəricidə ona çatmaq üçün daha iki dəfə mundial qazanmalıdır ki, bu da real görünmür.

Oxşar xəbərlər
Messi yeni rekorda imza atdı
Argentinalı daha bir rekorda imza atdı
38 yaşlı Messi bombardirlər sırasında
Messi yeni rekorda imza atdı
Messi Maradonaya da çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası