Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi yeni rekorda imza atdı
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 36 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Peruya qarşı matçda dubl etməklə nail olub. Nəticədə o, dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayını 31-ə çatdırıb. Bununla da forvard DÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu olub.
2-ci yerdə Uruqvay millisinin üzvü Luis Suaresdir - 29 qol.
Qeyd edək ki, Messi Argentina millisində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində futbolçu 178 oyun keçirib, 106 qol vurub və 56 qolun ötürməsini verib. Argentina yığması ilə Messi Amerika Kubokunu (2020/2021) və Dünya Kubokunu (2022) qazanıb.
4-cü turdan sonra Argentina sıralamada 12 xalla liderdir. Uruqvay isə 2-ci yerdədir (7 xal). Komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu Uruqvaya qarşı keçirəcək.

Oxşar xəbərlər
Messi 83 illik rekordu təkrarladı
Lionel Messi millinin oyununda zədələndi
Messi futbol tarixinə görün nə ilə düşdü...
Messi Pelenin rekordunu qırdı - Yığmada qolların sayına görə
Messi daha bir rekorda imza atdı - Ən çox qələbə qazanan futbolçu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası