reklam
“Qarabağ”ın İdarə Heyətinin iclası keçirildi
Sportfm.az xəbər saytı

“Qarabağ”ın İdarə Heyətinin iclası keçirildi


“Qarabağ” klubunun İdarə Heyətinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinə istinadən xəbər verir ki, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.

Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və “Qarabağ”ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Oxşar xəbərlər

“Qarabağ”da İdarə Heyətinin iclası keçirildi - FOTO
Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
“Qarabağ” və “Kopenhagen” rəhbərləri arasında görüş keçirildi
Yamada "Qarabağ" rəsmiləri ilə görüşdü - FOTO
"Fənərbaxça"nın prezidentinə "Qarabağ" forması hədiyyə edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər