Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
AFFA-nın inzibati binasında UEFA-nın Kütləvi Futbol üzrə mentoru Helen Kroftla görüş keçirilib.
Sportfm.az xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, qurumun müvafiq struktur bölmələrinin rəhbər və əməkdaşları iştirak ediblər.
Söhbət zamanı ölkədə kütləvi futbolun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən layihələr, eləcə də gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. UEFA nümayəndəsinə AFFA tərəfindən kütləvi futbolun təşviqi istiqamətində görülən işlər, məktəblər, klublar və regionlar üzrə icra olunan proqramlar barədə ətraflı məlumat verilib.
Helen Kroft Azərbaycanda kütləvi futbolun inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib, UEFA-nın bu sahədə təcrübəsi və tövsiyələri ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, uşaq və yeniyetmələrin futbola cəlb olunmasının artırılması, inklüziv futbol layihələrinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və kütləvi futbolun davamlı inkişafı üçün birgə fəaliyyət imkanları müzakirə olunub.

Oxşar xəbərlər
AFFA prezidenti Canni İnfantino ilə görüşdü
Qəbələdə kütləvi futbol festivalı keçirildi - FOTO
AFFA əməkdaşları beynəlxalq konfransda iştirak etdi
AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir
Şamaxıda futbol festivalı keçirildi - UEFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası