reklam
“Qarabağ” və “Kopenhagen” rəhbərləri arasında görüş keçirildi
Sportfm.az xəbər saytı

“Qarabağ” və “Kopenhagen” rəhbərləri arasında görüş keçirildi


UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.

Sportfm.az xəbər verir ki, görüşdə “Qarabağ” klubunu prezident Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.

“Kopenhagen”in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, Klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.

Görüşdə təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.

Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.

Oxşar xəbərlər

Yamada "Qarabağ" rəsmiləri ilə görüşdü - FOTO
"Fənərbaxça"nın prezidentinə "Qarabağ" forması hədiyyə edildi - FOTO
MEDİA rəhbərliyi “Qarabağ”ın qonağı oldu
AFFA-nın rəhbəri UEFA prezidenti ilə görüşdü
"Neftçi" və "Beşiktaş" rəhbərləri görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər