reklam
AFFA-nın baş katibi Ombudsmanla görüşdü
Sportfm.az xəbər saytı

AFFA-nın baş katibi Ombudsmanla görüşdü


AFFA-nın baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

Sportfm.az xəbər verir ki, görüşdə Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini, bu çərçivədə silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.

Səbinə Əliyeva uşaqların və gənclərin sağlam, düzgün fiziki inkişafının təmin olunmasının, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində assosiasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə, həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş keçirildi
Ombudsman futbolda bərabərliyin təmin olunması məqsədilə monitorinq keçirib
“Neftçi”nin oyunçuları üçün seminar keçirildi
AFFA-nın baş katibi səfirlə görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər