reklam
Qızlarımız yenə məğlub oldu -
Sportfm.az xəbər saytı

Qızlarımız yenə məğlub oldu -Avropa Çempionatı


19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü məğlubiyyətini alıb.

Sportfm.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Gürcüstan yığmasına uduzub.

Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.

U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Oxşar xəbərlər

19 yaşlı futbolçularımız Gürcüstana qarşı
Yenə futbol yığmamız, yenə böyük hesablı məğlubiyyət - bu dəfə 0:9
Qızlarımız seçmə mərhələnin son oyununda uduzdu
Yenə Çexiya, yenə məğlubiyyət
Malta önündə belə acizik - Biz niyə varıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər