reklam
“Zirə” Əliyar Ağayevlə 25-ci qələbəsini qazandı
Sportfm.az xəbər saytı

“Zirə” Əliyar Ağayevlə 25-ci qələbəsini qazandı


Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu “Zirə” üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada “25”ə çatıb. “Zirə” keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da “Zirə” Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.

Qeyd edək ki, “qartallar” kubokda ilk qələbəsini 2015/16 mövsümünün 1/8 finalında – 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.

Oxşar xəbərlər

“Zirə”dən 50-ci səfər qələbəsi
80-ci qələbələrini qazandılar
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
"Zirə"dən 10-cu qələbə, 25-ci qol
“Zirə” yubiley qələbəsini bayram etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər