"Zirə"dən 10-cu qələbə, 25-ci qol
“Zirə” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. Turnirdə 18-ci oyununu keçirən “qartallar” yubiley qələbəsini 4 cavabsız qolla əldə edib. Qəsəbə təmsilçisi kubokda 5-ci dəfə səfərdə qalib gəlib.
“Zirə” ölkə kubokunda ilk böyükhesablı səfər qələbəsini qazanıb. Ümumilikdə isə bu, 3-cü belə nəticə olub. 2017/18 mövsümündə “Xəzər”i üç, 2019/20 mövsümündə “Qaradağ Lökbatan”ı dörd cavabsız qolla məğlubiyyətə uğradan “qartallar” hər iki rəqibini evdə yenmişdi.
Komanda həm də özünün kubokda ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. 2019-cu il dekabrın 4-də evdə “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirən "Zirə" bu dəfə eyni rəqibi səfərdə həmin hesabla üstələyib.
Oyunda vurulan ikinci top klub tarixinə kubokdakı 25-ci qol kimi düşüb. Yubiley qoluna Davit Volkov imza atıb.
Oxşar xəbərlər
"Qarabağ" bunu 40-cı dəfə etdi
“Zirə”dən 250-ci qol
“Sumqayıt”dan rekord qələbə
“Zirə” yubiley qələbəsini bayram etdi
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası