Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
Azərbaycan Premyer Liqasının XXIX turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, rəqibini 2:0 hesabı ilə üstələyən qərblilər 20-ci qələbəsini qazanıb.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib. Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə 3 xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.
Qeyd edək ki, “Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Oxşar xəbərlər
"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan" öz yubileyində məğlub olubmuş!
“Sabah” 60-a çatdı
“Turan Tovuz”un tarixində bir ilk
“Turan Tovuz” ilklərə imza atdı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin