reklam
Küveytdən qayıdan Əliyar Ağayev
Sportfm.az xəbər saytı

Küveytdən qayıdan Əliyar Ağayev "Turan"ın matçına təyinat aldı


Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Küveytdən təhlükəsiz şəkildə Vətənə qayıdıblar.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki ədalət təmsilçisi Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddətdir Küveytdən Azərbaycana qayıda bilmirdilər.

AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirir.

Küveytdən qayıdan FIFA referisi Əliyar Ağayev və VAR hakimi Nicat İsmayıllı da həmin hakimlər arasındadır.

Ağayev "Neftçi" - "Turan Tovuz" matçında baş hakim, İsmayıllı isə "Sabah" - "Qəbələ" görüşündə VAR hakimi funksiyasını yerinə yetirəcək.

Daha bir FIFA referisi Kamal Umudlu isə "Zirə" - "Kəpəz" görüşünü idarə edəcək.

9 mart (bazar ertəsi)
18:30. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu

20:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”


10 mart (çərşənbə axşamı)


19:15. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”.

Oxşar xəbərlər

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları - Əliyar Ağayev "Qarabağ"ın matçında
“Neftçi” – “Turan Tovuz” matçının hakimləri bilindi
Oyunu Əliyar Ağayev idarə edəcək - Təyinat
"Zirə" – "Qarabağ" matçının hakimləri açıqlandı
Əliyar Ağayev "Neftçi"nin oyununda - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər