"Neftçi"nin daha bir forması təqdim olundu - VİDEO
"Neftçi" 3-cü formasını təqdim edib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi "Kəpəz”lə qarşılaşmaya yeni geyim dəstində çıxacaq. Klubun texniki tərəfdaşı olan "Kappa” tərəfindən hazırlanmış formanın dizaynı xüsusi konseptə uyğun seçilib. Üslub klubun unikal tarixini özündə əks etdirir və "90-cı illərə dönüş” adlanır.
1997-ci ildə klubun emblemi dəyişdiriləndən sonra "Neftçi” bir neçə mövsüm ərzində sarı-qara rəngli formada çıxış etdi. 1999-cu ildə komanda mərhum Əhməd Ələsgərovun rəhbərliyi altında Azərbaycan kubokunun finalında "Şəmkir”i məğlub edib bu titula yiyələndi. "Neftçi” tarixinin ən böyükhesablı qələbəsi – Qusar "Şahdağ”ı üzərində qazanılan 11:0 hesablı qalibiyyət də məhz bu ildə qeydə alınıb. 2017/18 mövsümündə "Neftçi”nin istifadə edəcəyi 3-сü – alternativ – sarı-qara forma da rəngləri və dizaynı ilə həmin mövsüm komandanın geyindiyi əsas oyun dəstlərini xatırladır.
Bu formadan komandamız əsasən ölkə kuboku oyunlarında yararlanacaq. Debüt isə artıq sabah – 90-cı illərdə "Neftçi” ilə birgə hər mövsüm çempionluq mübarizəsi verən "Kəpəz”lə əzəli qarşıdurmada reallaşacaq.
Oxşar xəbərlər
"Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə
“Kəpəz”in toxunulmaz rekordu
Cari mövsümdə 6-cı, tarixdə 16-cı
"Neftçi"nin yubiley qələbəsi
"Sabah" yeni mövsüm üçün formalarını təqdim etdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası