reklam
Sportfm.az xəbər saytı

"Sabah" yeni mövsüm üçün formalarını təqdim etdi -VİDEO


Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu yeni mövsüm üçün formalarını təqdim edib.

Sportfm.az xəbər verir ki, formalar “Macron” firması tərəfindən klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidir.

Səfər oyunları üçün hazırlanmış forma isə “Sabah”ın Futbol Akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

 

 

Oxşar xəbərlər

Yeni loqo, yeni forma - FOTO
“Qəbələ” yeni mövsümün formalarını təqdim etdi - FOTO
“Liverpul”un yeni forması - FOTO
“Borrusiya Dortmund”un yeni forması - FOTO
"Neftçi"nin daha bir forması təqdim olundu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər