“Kəpəz”in toxunulmaz rekordu
Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb.
Sportfm.az xəbər verir ki, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib. Mütləq rekord Gəncə klubuna məxsusdur.
“Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçirib. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.
Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) görüşünə təsadüf edib.
10 və daha çox top fərqilə qazanılan qələbələr:
1996/97 mövsümü
23.11.1996. “Kəpəz” – “Şəmkir” - 14:2
1998/99 mövsümü
07.02.1999. “Neftçi” – “Şahdağ” Qs - 11:0
1993/94 mövsümü
28.05.1994. “Turan” – “Kürmük” - 10:0
1994/95 mövsümü
20.10.1994. “Xəzər” S – “Neftçi” - 0:10
1998/99 mövsümü
19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs - 11:1.
Oxşar xəbərlər
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
16 il penta-triksiz - Hüseynovdan Kərimova qədər
"Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə
“Neftçi”nin məhsuldarlıq rekordları
Cari mövsümdə 6-cı, tarixdə 16-cı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası