reklam
Andrey Arşavin özünü tarixin ən yaxşısı adlandırdı
Sportfm.az xəbər saytı

Andrey Arşavin özünü tarixin ən yaxşısı adlandırdı


Rusiyanın "Zenit", "Kuban" və İngiltərənin "Arsenal" klublarının sabiq hücumçusu Andrey Arşavin özünü Rusiya Premyer Liqası (RPL) tarixinin ən yaxşı futbolçusu adlandırıb.

Sportfm.az xəbər verir ki, bu barədə 44 yaşlı veteran futbolçu liqanın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, "RPL tarixinin ən yaxşısı kimdir?" sualına "İstənilən dövr üçün ən yaxşı futbolçu mənəm" cavabını verib.

Qeyd edək ki, A.Arşavin "Zenit"in heyətində üç dəfə Rusiya çempionu (2007, 2011/2012, 2014/2015) olub, iki dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb. O, 2002–2012-ci illərdə Rusiya millisinin formasını geyinib.

Oxşar xəbərlər

Arşavin ən yaxşı rusiyalı futbolçu seçildi
Rusiya millisinin sabiq üzvü karyerasını başa vurdu
Arşavin Qazaxıstan klubundan ayrılmaq qərarına gəldi
Tanınmış futbolçu dördüncü dəfə ata oldu
Arşavin: "Həyat haqsızlıqlarla doludu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər