reklam
Arşavin:
Sportfm.az xəbər saytı

Arşavin: "Həyat haqsızlıqlarla doludu"


Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin bəzi rusiyalı idmançıların dopinq qəbul etməsinin səbəb göstərilərək olimpiadaya buraxılmamasına etiraz edib. Komanda.az xəbər verir ki, Arşavin yerli mətbuata açıqlamasında bir çox idmançının dopinqdən istifadə etdiyini, rusiyalı idmançıların olimpiya oyunlarına buraxılmamasının haqsızlıq olduğunu deyib:

"Məncə, bütün idman növlərində dopinqdən istifadə edilir. Bütün idmançıların da dopinqdən istifadə etdiyini düşünürəm. Sadəcə, Rusiya siyasi məsələlərə görə sıxışdırılır. Həyat haqsızlıqlarla doludu. Olimpiadaya getməyə layiq olan idmançıların məhz bu səbəbdən kənarda qalmaları faciədi. Futbolda iki ildən bir böyük yarışlarda iştirak edə bilərsiz. Ancaq olimpiada 4 ildən bir keçirilir və bura qatılmaq çox çətindi".

Xatırladaq ki, Arşavin hazırda Qazaxıstanın "Kayrat" klubunda top qovur.

Oxşar xəbərlər

Arşavin ən yaxşı rusiyalı futbolçu seçildi
Rusiya millisinin sabiq üzvü karyerasını başa vurdu
Arşavin Qazaxıstan klubundan ayrılmaq qərarına gəldi
Tanınmış futbolçu dördüncü dəfə ata oldu
Rusiya Olimpiya Oyunlarına buraxılmır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər