reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibinə 4 qol vurdular -Premyer Liqa


İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi görüşü "Liverpul" və "Nyukasl" arasında keçirilib.

Sportfm.az xəbər verir ki, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı 36-cı dəqiqədə qonaq komandanın hücumçusu Entoni Qordon açıb.

Cəmi 5 dəqiqə sonra "Liverpul"un forvardı Yuqo Ekitike bərabərlik qolunu vurub. Fransalı oyunçu 43-cü dəqiqədə "dubl" edərək, "qırmızılar"ı önə çıxarıb.

Fasilədən sonra meydan sahibləri daha iki qola imza atıb. 67-ci dəqiqədə Florian Virts, 90+3-cü dəqiqədə İbrahima Konate fərqlənib.

Beləliklə, xalını 39-a çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. "Nyukasl" isə 33 xalla 10-cu yerdədir.

Qeyd edək ki, bu komandalar "Qarabağ"ın Çempionlar Liqasında son və növbəti rəqibləri sayılır. Azərbaycan klubu Liqa mərhələsinin VIII tur matçında məhz "Enfild" stadionunda "Liverpul"a böyük hesabla uduzub - 0:6. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv pley-off mərhələsində "Nyukasl"la üz-üzə gələcək. İlk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə fevralın 24-də "Sent Ceyms Park"da olacaq.

Oxşar xəbərlər

"Səbail"in son "tanqosu"na 4 verdilər - Premyer Liqa
“Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi
Mançesterliləri biabır etdilər - Premyer Liqa
Londonda fantastik matç - Premyer Liqa
"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər