reklam
Sportfm.az xəbər saytı

"Səbail"in son "tanqosu"na 4 verdilər -Premyer Liqa


Azərbaycan Premyer Liqasında XXXVI tura start verilib.

Sportfm.az xəbər verir ki, son turun açılış matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"da keçirilmiş görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin legioneri Suleyman Alluş açıb. Bundan cəmi 7 dəqiqə sonra Sertan Taşkın bərabərlik qolunu vurub.

59-cu dəqiqədə Giorgi Karaişvili penaltini panenka zərbəsi ilə yerinə yetirərək, "Sumqayıt"ı hesabda önə çıxarıb. 79-cu dəqiqədə Ronaldo Vaskes komandasının üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Roy Kehat qoyub. "Gənclik şəhəri təmsilçisi"nin ən məhsuldar oyunçusu olan israilli legioner bu mövsüm Premyer Liqada 6-cı qolunu vurub.

Beləliklə, bu qələbə sayəsində xallarını 33-ə çatdıran "Sumqayıt" 8-ci pilləyə yüksəlib. "Səbail" isə 22 xalla 10-cu pillədədir və Premyer Liqanı tərk edib.

Qeyd edək ki, turun qalan oyunları 24 - 25 mayda keçiriləcək.

Oxşar xəbərlər

Sertan Taşkın oynadı, komandası bərabərə qaldı - Birinci Liqa
"Zirə" əsas rəqibinə uduzdu, "Neftçi" qalib gəldi - Premyer Liqa
"Qarabağ" paytaxt klubuna 5 qol vurdu - Premyer Liqa
Ronaldo üçün yeni hədd - 200 oyun
"Neftçi" "Səbail"lə bərabərə qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər