Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Londonda fantastik matç -Premyer Liqa
İngiltərə Premyer Liqasında XXI turun mərkəzi görüşü "Çelsi" və "Liverpul" komandaları arasında keçirilib.
Sportfm.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
İlk iki qolu qonaq komandanın futbolçuları vurub. 9-cu dəqiqədə Sadio Mane, 26-cı dəqiqədə Məhəmməd Salah fərqlənib. Meydan sahiblərindən Mateo Kovaçiç 42-ci, Kristian Pulişiç isə 45+1-ci dəqiqədə qol vuraraq, yekun nəticəni müəyyənləşdiriblər.
Beləliklə, məğlubiyyətdən qurtulan "Çelsi" 43 xalla 2-ci pillədə qalıb və lider "Mançester Siti"dən 10 xal geri düşüb. Ehtiyatda bir oyunu olan "Liverpul" isə 42 xalla 3-cüdür.
Oxşar xəbərlər
İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
"Liverpul"dan vacib 3 xal - VİDEO
"Liverpul" zəfər yürüşünü davam etdirir
Salah vurur, "Liverpul" qalib gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası