reklam
“Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi
Sportfm.az xəbər saytı

“Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi


Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun daha dörd oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Liverpul" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər.

"Enfild" stadionunda oynanılan matçda qalib müəyyənləşməyib. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq, qapılara qol vurulmayıb. 90+4-cü dəqiqədə qonaqların müdafiəçisi Dieqo Dalot ikinci sarı vərəqəni görərək meydandan qovulub.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran "Liverpul" ikinci pilləyə yüksəlib. 28 xalı olan "Mançester Yunayted" isə yeddincidir.

Günün digər oyunlarında "Arsenal" "Brayton"a 2:0, "Aston Villa" "Brentford"a 2:1, "Vest Hem" isə "Vulverhempton"a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XVII turun "Bornmut" - "Luton" matçı qonaq komandanın kapitanı Tom Lokyerin meydanda infarkt keçirməsi səbəbindən təxirə salınıb.

Oxşar xəbərlər

"Liverpul"a daha bir zərbə
"Liverpul" büdrəmədi - Premyer Liqa
Onlar xal itirdi, "Liverpul" lider oldu - Premyer Liqa
"Döyüş" heç-heçə ilə bitdi
“Arsenal”dan "asan gəzinti" - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər