reklam
Turin klubunda yeni idman direktoru -
Sportfm.az xəbər saytı

Turin klubunda yeni idman direktoru -Təyinat


Marko Ottolini İtaliya "Yuventus"una idman direktoru təyin olunub.

Sportfm.az xəbər verir ki, Ottolini işinin icrasına yanvarın 1-dən başlayıb.

O, baş direktor Damyen Komolliyə tabe olacaq.

Daha əvvəl Ottolini "Yuventus"da skaut və icarə şöbəsinin rəhbəri kimi çalışıb. 2022-ci ildə o, "Cenoa"da idman direktoru vəzifəsinə təyinat alıb və klubun A Seriyasına qayıtmasına yardımçı olub.

Qeyd edək ki, hazırda "Yuventus" 17 oyundan 32 xalla 5-ci yeri tutur və lider "İnter"dən 4 xal geri qalır.

Oxşar xəbərlər

“Qəbələ”də yeni təyinat
"Neftçi"də yeni müqavilə
Zeynəb Məmmədyarovaya vəzifə verildi - Direktor təyin olundu
"Fənərbaxça"da yeni təyinat
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər