Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"də yeni müqavilə
Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli komandasının idman direktoru Yens Andersson “Neftçi” ilə müqavilə bağlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. Andersson “Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub.
50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında idman direktoru olaraq çalışıb. Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.
Qeyd edilib ki, klubda aparılan islahatlar davam edir və yeni, köklü dəyişiklər gözlənilir.
Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək.
Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə dörd həftə sonra – İsveçdə – Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq.

Oxşar xəbərlər
"Neftçi"nin idman direktoru komanda ilə görüşdü
"Neftçi" Anderssonu təqdim etdi
“Neftçi”nin yeni strukturu təsdiq olundu
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
“Neftçi”də yeni simalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə çempionatı yekunlaşdı
-
12-ci turun hakim təyinatları məlum oldu - 2-ci liqa
-
AFFA rəhbərliyi cənub bölgəsinə səfər etdi, Lənkəran stadionuna baş çəkmədi
-
Azərbaycanlı döyüşçünün növbəti rəqibi məlum oldu
-
"Karvan"a Məmmədov da "məlhəm" ola bilmir - uduzdular
-
Bakıda xanım idmançı həbs edildi - Quldurluq

Misli Premyer Liqası