
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
"Neftçi” inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib. Sportfm.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüseynzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək. İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.
Xatırladaq ki, bu il sentyabrın 14-də klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsinə isə Orxan Hüseynzadə təyin olunmuşdu. Həmin vaxt bildirilmişdi ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.
Oxşar xəbərlər
“Neftçi”nin yeni strukturu təsdiq olundu
"Neftçi" xal itirir, vitse-prezident postundan gedir
“Neftçi”də yeni prezident
"Neftçi"də iclas keçirildi
“Neftçi”də yeni simalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin