reklam
Şahmatçılarımız dünya çempionluğu uğrunda yarışacaq
Sportfm.az xəbər saytı

Şahmatçılarımız dünya çempionluğu uğrunda yarışacaq


Bu gün Qətərin paytaxtı Dohada rapid və blits üzrə dünya çempionatı start götürəcək.
Sportfm.az xəbər verir ki, 6 gün davam edəcək Azərbaycan çoxlu sayda şahmatçı ilə təmsil olunur.
Bunlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Murad İbrahimli, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Mələk İsmayıldır.
26 - 28 dekabrda rapid, 29-30 dekabrda blits olacaq. Kişilər 13, qadınlar 11 tur İsveçrə sistemi ilə mübarizə aparacaqlar.
Ümumilikdə 251 kişi və 141 qadın şahmatçının qatıldığı mundialın ümumi mükafat fondu 700 min avrodur.
Qarşılaşmalar hər gün saat 15:00-da başlanacaq.

Oxşar xəbərlər

Dohaya 14 şahmatçı ilə - Dünya çempionatı
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Məmmədyarovla Rəcəbov ilk oyunda qələbə qazan
Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq
Şahmatçılarımız dünya çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər