reklam
Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq
Sportfm.az xəbər saytı

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq


Azərbaycanın 15 şahmatçısı dekabrın 26-31-i aralığında ABŞ-nin Nyu York şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov çıxış edəcəklər.

Qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya çempionatı üçün 300 şahmatçı qeydiyyatdan keçib.

Oxşar xəbərlər

Ölkəmizi Avropa çempionatında 22 şahmatçı təmsil edəcək
Dünya çempionatına 17 şahmatçımız yollanır
Şahmatçılarımız dünya çempionatına qatılacaq
İlk gündə 8 qələbə - Dünya Kuboku
Şahmatçımız Avropa Çempionatında liderdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər