Rikardinyo: Azərbaycanda bu cür dəstəyə həsrət idik
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Rikardinyonun İngiltərə 1-ci liqa təmsilçisi (səviyyəcə 3-cü liqa) "Oskford Yunayted"lə anlaşması barədə məlumat vermişdik.
Sportfm.az xəbər verir ki, braziliyalı müdafiəçi bir neçə gün öncə "Portsmut"la oyunda oksfordlu azarkeşlər önündə ilk oyununa çıxıb. Rikardinyo komandasının 3:0 hesablı qələbəsiylə başa çatan matçdan sonra yerli mətbuata fikirlərini bildirib. O, əvvəllər oynadığı Azərbaycan və İsveçin yüksək liqası ilə İngiltərənin 3-cü divizionunu müqayisə də edib:
"Fikrimcə, buranın səviyyəsi Azərbaycan çempionatından, hətta İsveçin əsas liqasından da yüksəkdi. Burda çox fərqlidi, çünki, bizdə müxtəlif ölkələrdən yaxşı futbolçular çıxış edir. Bu, bizim də inkişafımıza şərait yaradır. Bizim komandada legionerlərlə yanaşı, istedadlı ingilis futbolçular da var. Onlar taktikanı yaxşı bilirlər".
Rikardinyo İngiltərə 1-ci liqasında olan azarkeş marağından da ağızdolusu danışıb. Belə ki, onun Oksfordda debüt oyununu 9500 azarkeş tribunalardan izləyib. Braziliyalı müdafiəçi ölkəmizdə top qovduğu zaman bu cür azarkeş dəstəyinə həsrət olduğunu bildirib:
"Azərbaycanda olduğum zaman bu cür dəstəyə həsrət idik. Çünki kiçik şəhəri təmsil edirdik və bizim çox azarkeşimiz yox idi. Azarkeşlər stadiona yalnız Avropa Liqası oyunlarında, futboldan zövq almaq üçün gəlirdilər. "Qəbələ"nin böyük azarkeş ordusu yox idi.
Burda isə tam fərqlidi. Azarkeşlər doğrudan da bizim oyunumuza maraq göstərirlər".
Oxşar xəbərlər
Qara Qarayev: "Artıq onlar bizim azarkeş deyil"
Azərbaycanda oynamış daha bir futbolçu "Tvente"də
Hollandiyalı futbolçu Azərbaycandan "canını qurtardığı" üçün sevinir
Rəşad Sadıqov: Bizim aramızda bağlılıq var
"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası