reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo danışdı


Qəbələ"dən ayrılmış braziliyalı sol cinah müdafiəçisi Rikardinyo karyerasını İngiltərədə davam etdirəcək.

Sportfm.az xəbər verir ki, o, sonradan müddəti artırılmaq şərti ilə "Oksford Yunayted" klubu ilə 1 illik müqavilə bağlayıb.

Onun İngiltərənin I dəstə klubuna keçməsinin səbəbkarı isə "Oksford Yunayted"in ispaniyalı baş məşqçisi Pep Klotetdir. Belə ki, Klotet 2010-cu ildə İsveçin "Malmö" klubunda köməkçi məşqçi işləyib və o vaxtdan Rikardinyonu yaxşı tanıyır.

İyulun 1-də bu komandaya baş məşqçi təyin olunan 40 yaşlı çalışdırıcı keçid haqda bunları deyib: "Onunla əvvəllər bir yerdə olmuşuq. Çox təcrübəli oyunçudur, anadan gəlmə sol cinah oyunçusudur. O, artan sürətlə inkişaf edi və çox yaxşı peşəkar oyunçudur. İnanırıq ki, o, "Oksford Yunayted" üçün xeyirli olacaq".

32 yaşlı Rikardo da danışıb: "Mən əvvəllər Peplə işləməkdən zövq almışam. "Malmö"dən sonra o, bir neçə möhtəşəm klublarda bəzi gözəl insanlarla işləyib. Onunla yenidən məşqlərə başlamağı gözləyə bilmirəm. O mənə həvəslə bu klub haqda hər şeyi danışıb və onların hansı nailiyyətə ümid etdiklərini mənə deyib. Doğrudan da klubun bir hissəsi olaraq oynamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Rikardinyo "Qəbələ"yə məhz 2015-ci ildə İsveçin "Malmö" klubundan keçib. O, "Qəbələ" ilə 2 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.(prosport.az) 


Oxşar xəbərlər

“Qəbələ”də türkiyəli məşqçi
Azərbaycanda oynamış daha bir futbolçu "Tvente"də
Rikardinyo: Azərbaycanda bu cür dəstəyə həsrət idik
Rekord maaş, ABŞ və İbra
"Qəbələ"nin üzvü Rikardinyo hansı futbolçunu bəyənir? - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər