reklam
Rəşad Sadıqov: Bizim aramızda bağlılıq var
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov: Bizim aramızda bağlılıq var


“Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına verdiyi müsahibəsində komandanın azarkeşləri və Azərbaycanda futbola olan maraq barədə fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, Rəşad Sadıqov daha sonra bunları bildirib: “Düşünürəm ki, hazırda Azərbaycanda futbol populyarlığın ən yüksək səviyyəsindədir. Əlbəttə keçmiş SSRİ vaxtı “Neftçi” komandasının yüksəliş dövrü ilə bunu müqayisə edə bilmərəm, çünki həmin vaxtlar hətta ölkə çempionatının oyunlarına çoxlu azarkeş gəlirdi. Yeni tariximizdə isə futbol heç vaxt belə populyar olmayıb. “Qarabağ”ın azarkeşlərinə gəlincə deyə bilərəm ki, havadan da, oyunun nəticəsindən də asılı olmayaraq onlar həmişə komandanın yanındadır və bizi dəstəkləyirlər. Bizim aramızda bağlılıq var, hisslər var, biz bir-birimizə doğma insanlarıq. Futbolçularımız azarkeşlərin çoxu ilə şəxsən tanışdırlar, daim ünsiyyətdədirlər. Avropa Liqasının, Çempionlar Liqasının oyunları zamanı stadionda ab-hava həqiqətən xüsusi olur. Bunu bizim legionerlərimiz də, bizimlə oyuna gələn komandalar da bilir. Azarkeşlərimiz stadionda əla ab-hava yaratmaqla rəqiblərimizə təzyiq göstərirlər”.

Oxşar xəbərlər

19:37-də “Neftçi”ni təbrik etdi - Rəşad Sadıqov
"Pandemiya bizim futbol üçün dönüş nöqtəsi olacaq” – Rəşad Sadıqov
Rəşad Sadıqov üçün əlamətdar oyun
100-ə nə qaldı? - Rəşad Sadıqov rekordun astanasında
Rəşad Sadıqov istefa verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər