reklam
Azərbaycan millisindən idman tarixində bir ilk
Sportfm.az xəbər saytı

Azərbaycan millisindən idman tarixində bir ilk


Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında Azərbaycan komandası idman tarixində ilk dəfə medal qazanıb.

Sportfm.az xəbər verir ki, ilk medalı cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əliyev əldə edib.

Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçı əvvəlcə 1/8 finalda cənubi koreyalı Çoy Jun Hoya, 1/4 finalda xorvatiyalı Yosip Tonzetiçə, yarımfinalda isə Niderlandan olan Vesterhof Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

Həlledici mərhələdə azərbaycanlı cüdoçu braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Mükafatlandırma mərasimində ona medalı Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi təqdim edib.

Bununla da Coşqun Əliyev Tokio-2025 Yay Deflimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran idmançı olub.

Oxşar xəbərlər

Karateçilərimiz Moldovada 6 medal qazandı
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Mustafayev Azərbaycana Rio Paralimpiadasında ilk medalı qazandırdı
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər