reklam
Güləşçimiz Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Güləşçimiz Avropa çempionu oldu


Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.

Azərbaycanın digər sərbəst güləşçisi Osman Nurməhəmmədov isə gümüş medal qazanıb. 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub. Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.

Ağanəzər Novruzov da AÇ-nin bürünc medalını qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.

Xatırladaq ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdılar.

Oxşar xəbərlər

Güləşçimiz Avropa çempionu oldu
Azərbaycan güləşçisindən Dünya Çempionatında medal qazandı
Daha bir güləşçimiz “bürünc” uğrunda mübarizə aparacaq
Hacı Əliyev dünya çempionu oldu
Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər